Mobil versiya
Cərimə ödənişlərindən komissiya tutulacaq? - Mərkəzi Bankdan açıqlama
Tarix: 24-11-2025 | Saat: 15:43
Bölmə:İqtisadiyyat | çapa göndər

Cərimə ödənişlərindən komissiya tutulacaq? -

“Bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur”.

aia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankdan (AMB) bildirilib.

Komissiyanın hansı banklarda tətbiq olunmasına da aydınlıq gətirilib: “Ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir.

Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir”.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025