Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın böyük bərpaolunan enerji potensialı həm ölkəmizin, həm də tərəfdaşlarımızın maraqlarına xidmət edəcək”
Tarix: 06-04-2025 | Saat: 14:18
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın böyük bərpaolunan enerji potensialı həm ölkəmizin, həm də tərəfdaşlarımızın maraqlarına xidmət edəcək”

“Aprel ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları öz işinə başlayıb. Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası bu layihənin uğurlu istismarı və fəaliyyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Hazırda paytaxtımızın növbəti dəfə ev shibliyi etdiyi bu tədbir Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəmini bir daha vurğulayır. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman olduğundan daha çox mürəkkəbliyi ilə diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu gün “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Dövlət başçısı bunu da diqqətə çatdırdı ki, bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Bununla bağlı müqavilələr artıq imzalanıb və hazırda işçi proqram həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir. Lakin bu gün bəzi beynəlxalq maliyyə təsisatlarının faydalı qazıntıların çıxarılması üçün icra olunan layihələri maliyyələşdirməkdən imtina etmələri bir çox ölkələrin enerji təhlükəsizliyini zəiflədə bilər. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələyə də toxunaraq bildir ki, hazırda Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri tam iş gücündə işləyirlər və onların genişləndirilməsi tələb olunur. Qeyd olunan maliyyə təsisatlarının siyasəti isə qarşıda duran hədəflərlə birbaşa ziddiyyət təşkil edir. Çünki Avropada hazırda alternativ enerji mənbəyinə və təchizatın davamlı şaxələndirilməsinə böyük ehtiyac var.”

Bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunan məsələlər barədə fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında deyib.

Deputat həmçinin Məşvərət Şurasının iclasında yaşıl enerji ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini qeyd edərək bunları deyib: “Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha bəyan etdi ki, bu, artıq təsdiq olunmuş faktdır. Məhz bu potensialın hesabına Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün getdikcə daha mühüm rol oynayacaq. Bu gün artıq investorlarla Günəş və Külək enerji stansiyalarına aid olan imzalanmış müqavilələrin olduğunu söyləyən dövlət başçısı bildirdi ki, ölkəmizdə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi hasil ediləcək. Bu, nəticə etibrı ilə hazırda ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olun xeyli təbii qaza qənaət etmək imkanı yaradacaq və qənaət olunan qaz ixraca yönəldiləcək. Eyni zamanda da Azərbaycan öz investisiyaları hesabına xüsusən Şərqi Zəngəzur və Qarabağ bölgələrində özünün hidroenerji potensialını artırır. Bu böyük potensial da həm ölkəmizin, həm də tərəfdaşlarımızın maraqlarına xidmət edəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025