Səttar Möhbalıyev: “Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq siyasi nüfuzunun yüksəlməsinə xidmət edən qlobal layihədir”
Tarix: 07-04-2025 | Saat: 13:31
Bölmə:Siyasət | çapa göndər

“Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları növbəti dəfə bu qlobal layihənin mühüm beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platforması kimi çıxış etdiyini təsdiqlədi. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında ilk növbədə müasir gesoyasi vəziyyətdə enerji təhlükəsizliyinin vacibliyinə diqqət çəkərək bu sahədə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirdi. Cənab Prezident qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Bu mühüm toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamışdır. Dövlətimizin başçısı getdikcə Məşvərət Şurasının tərkibinin genişlənməsini komanda əməkdaşlığının çox yaxşı təzahürü kimi qiymətləndirib.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili cənab Prezident İlham Əliyevin qaz təchizatımızın coğrafiyasının getdikcə genişlənəcəyi barədə verdiyi anonsun əhəmiyyətini vurğulayıb: “Enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi kimi xarakteriz edən cənab Prezident bildirdi ki, bu xüsusda artıq sənaye təhlükəsizliyi haqqında da danışmaq olar, çünki sənayeni inkişaf etdirmək üçün enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı kimi özünü təsdiq edə bilmişdir. Artıq Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş olmaqla bərabər Pan-Avropa qaz təchizatçısıdır. Bunu deməyə əsas verən Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının getdikcə genişlənməsidir. Qeyd edək ki, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Cənab Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, Avropada qaz təchizatımızın coğrafiyası bundan sonra daha da genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Azərbaycan bu işlərdə investor kimi çıxış etməyi planlaşdırır. Bu da əminliklə deməyə əsas verir ki, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.”
Daha sonra deputat bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın çalışmalarının yüksək qiymətləndirildiyini qeyd edərək bunları deyib: “Ölkəmizin həmçinin yaşıl enerjiyə keçid prosesində davamlı şəkildə iştirak etdiyini xatırladan cənab Prezident İlham Əliyev Azərbaycanın bu sahədə geniş potenasiala malik olduğunu bildirmişdir. Möhtərəm dövlət başçımız qeyd etmişdir ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarlarla imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Bunun nəticəsində elektrik enerjisinin istehsalında istifadə edilən təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaradacaq və həmin qaz ixraca yönəldilməklə Avropanın qazla təchizatına töhfə vermiş olacaqdır. Diqqətə çatdırılmışdır ki, artıq bu günə qədər ümumilikdə 270 meqavat gücündə 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Beləliklə, “Cənub Qaz Dəhlizi” Azərbaycan iqtisadiyyatının yeni müstəvidə inkiçafını təmin etməklə bərabər, həm də bərpaolunan enerji mənbələrindən səmərəli istifadəyə imkan yaradacaq” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-04-2025