Mobil versiya
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb -Foto
Tarix: 07-04-2025 | Saat: 16:05
Bölmə:Siyasət / Parlament | çapa göndər

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb

Aprelin 7-də Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb.

Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan imzalayıblar.

Sənədin əhəmiyyətindən danışan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025