Mobil versiya
Avropanın Azərbaycan qazına təlabatı getdikcə artacaq -Tahir Mirkişili
Tarix: 07-04-2025 | Saat: 13:35
Bölmə:Siyasət | çapa göndər

Avropanın Azərbaycan qazına təlabatı getdikcə artacaq

“Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Azəbaycanın regionun enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətindən xəbər verir. Azərbaycanın enerji siyasətində mühüm strateji mərhələ kimi dəyərləndirilən nazirlərin bu görüşü regionun, o cümlədən Avropanın ölkəmizin enerji resurslarına təlabatının getdikcə artacağını göstərir. Avropanın enerji təminatında yeni və etibarlı alternativ mənbə olan Azərbaycan özünün mavi qaz hasilatını artırmaqla daha çox ölkəni enerji ilə təmin etmək iqtidarında olduğunu sübut etməkdədir”.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Avropada Azərbaycan qazına tələbatın sürətlə artdığını bildirən millət vəkili bildirdi ki, Avropa üçün yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan Avropaya 2021-ci ildə təxminən 8 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib: “Bu rəqəm Avropanın ümumi istehlakında o qədər də böyük görünməsə də, bir çox ölkələr, xüsusilə alternative mənbələrə çıxış imkanları zəif olan Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazı böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən toplantısında çıxış edərək Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynadığı qeyd olunub. Azərbaycan Prezidentinin də vurğuladığı kimi burada əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmayacaq. Digər vacib amil isə qonşu və tərəfdaşlar ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycanın təbii qazının alıcısına çevrildi. Artıq Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Həmin ölkələrdən 8-i isə Avropa İttifaqının üzvüdür. Sözsüz ki, bundan sonra da Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək. Azərbaycan qaz ixracını artırmaq üçün mövcud qaz kəmərlərinin buraxılış qabiliyyətlərinin artırılması təklifini irəli sürüb. Azərbaycan qazının daha çox ölkəyə ixrac olunması üçün infrastrukturun yaradılması lazımdır. Bunun üçün investorlar bu sahəyə sərmayə yartırmalıdır. Amma beynəlxalq maliyyə qurumları faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırıblar və onların öz siyasətlərini dəyişmələrinə ehtiyac vardır. Ölkə başçısı da çıxışında bildirdi ki, Azərbaycanın bu günə qədər Cənub Qaz Dəhlizinə qoyduğu sərmayə hələ qayıtmayıb. Sərmayənin qayıtması üçün Avropa dövlətləri Azərbaycandan daha çox qaz almalıdırlar”.

Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr olduğunu nəzərə çatdıran T.Mirkişili ölkəmizin qaz ixrac etmək üçün kifayət qədər imkanlarının olduğunu söyləyib: “Hazırda yeni yataqların işlənməsi prosesi də gedir. Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab olunur”.

Millət vəkili sonda bildirdi ki, enerji böhranının kritik həddə çatdığı bir vaxtda Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki rolu daha da artır: “Avropa İttifaqı gələcəkdə Azərbaycandan qaz tədarükünün artırılması üçün səylərini səfərbər etməlidirlər. Cənub Qaz Dəhlizi Avropa İttifaqı və region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. Ukraynada davam böhranı fonunda Rusiya qazından asılılığı azaltmağa çalışan Avropa üçün Cənub Qaz Dəhlizi strateji əhəmiyyət daşıyır”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025