Anar Nəbiyev: Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir
Tarix: 07-04-2025 | Saat: 15:31
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi göz qabağındadır. Tarixi Zəfərimizdən sonra ölkəmizin rolu daha artıb. Bu ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer keçirdiyi görüşlərdə, mətbuata bəyanatında Azərbaycanla əməkdaşlığa verilən önəmi xüsusi qeyd edərək bildirdi ki, Prezident kimi birinci səfəridir. Əvvəllər Azərbaycanda dəfələrlə olub. Axırıncı dəfə 2016-cı ildə səfər edib. Artıq həmin vaxtdan doqquz il keçir. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Əslində, həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Münxen Təhlükəsizlik Konfransında görüşmüşük. Cənab İlham Əliyevin Berlinə səfərini xatırladan Frank-Valter Ştaynmayer qeyd etdi ki, həmin səfər çərçivəsində də müzakirə aparıldı. Həmin səfərə cavab olaraq bu gün Azərbaycanda olmaqdan şaddır. “Biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq” söyləyən Almaniya Prezidenti onu da əlavə etdi ki, əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar: “Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik.”
İki ölkə arasında münasibətlərin əsası 1992-ci il yanvarın 12-də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanımış və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilmişdir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin Almaniyaya ümumilikdə ondan artıq rəsmi və işgüzar səfərləri olub. Bu əməkdaşlıq hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərləri zamanı daha da inkişaf etmişdir. İki ölkə arasında bu günədək onlarla sənəd imzalanıb ki, onların hər biri əlaqələrin inkişafında öz sözünü deyir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu səfər iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcək. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edildi. İqtisadi sahədə əldə edilmiş nəticələr barədə məlumat verildi. Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Bərpaolunan enerji sahəsində də Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Bu sahədə Azərbaycanın da çox böyük proqramı, planları var.
Prezident İlham Əliyev Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına uğurlu ev sahibliyindən də bəhs etdi. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu konfransa dünyada böyük maraq göstərilməsindən və uğurlu nəticələrlə zəngin olmasından xəbər verir. Prezidentlərin mətbuata bəyanatları, jurnalistlərin suallarına cavabları iki ölkənin münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Almaniya Prezidenti bu məqamı xüsusi qeyd etdi ki, biz bu regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Düşünürük ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə olmalıdır, tanınmalıdır və onlara hörmətlə yanaşılmalıdır: “Almaniyanın mövqeyinə gəldikdə deyə bilərəm ki, biz öz xəttimizə, mövqeyimizə həmişə sadiq olmuşuq. Ümid edirəm ki, bu, sizin regionda da anlaşılar. İstəyirik ki, iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir”.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-04-2025