Mobil versiya
“Cənub Qaz Dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə Azərbaycanla Avropa arasında çox mühüm körpü rolunu oynayır.” - Elçin Əliyev
Tarix: 07-04-2025 | Saat: 12:23
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Cənub Qaz Dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə Azərbaycanla Avropa arasında çox mühüm körpü rolunu oynayır.” - Elçin Əliyev

Bu günlərdə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası, eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi. Bildirmək lazımdır ki, bu təkcə enerji sahəsinə dair müzakirələrin aparıldığı texniki bir platforma deyil. Bu toplantı həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olan və beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edən siyasi bir platformadır. Çünki, son illərdə baş verən qlobal və regional hadisələr göstərdi ki, enerji sadəcə bir resurs deyil, həm də diplomatik güc vasitəsidir. Bu kontekstdə mütləq demək lazımdır ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından biri olmaqla yanaşı həm də Azərbaycanın geosiyasi dəyərini yüksəldən bir amildir.

Əlbətdə ki, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq istədiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi ortaya çıxması heç də təsadüfi deyil. Bu, illərlə aparılan uzaqgörən siyasətin, düşünülmüş strateji yanaşmanın və iqtisadi gücümüzün nəticəsidir. Bu gün əminliklə deyə bilərik ki, Cənub Qaz Dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə Azərbaycanla Avropa arasında çox mühüm körpü rolunu oynayır. Təsəvvür edin, Avropanın enerji gündəmini formalaşdıran bir layihənin mərkəzi aktoru rolunda bu gün Azərbaycan dayanır. Layihənin maliyyə xərcləri də, texniki təminatı da, siyasi koordinasiyası da Bakı tərəfindən qarşılanır. Təbii bu, ölkənin beynəlxalq arenada qazandığı etimadın, gücün və liderliyin bariz nümunəsidir. Artıq bu bir reallıqdır və bu gün Məşvərət Şurasının tərkibi də bu reallığı çox yaxşı təsdiqləyir. Bu gün bu platforma vasitəsilə Azərbaycan yalnız enerji ixrac etmir, eyni zamanda regional və qlobal enerji siyasətinin formalaşmasında fəal iştirak edir.

Müasir dövrdə dünya enerji resursları uğrunda mübarizə aparır. Azərbaycan isə müstəqillik əldə etdiyi 33 il ərzində müstəqil enerji siyasətini formalaşdırmış, ixracat xəritəsini genişləndirmiş və tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər qurmuş bir ölkədir. Bu da həm siyasi müstəqilliyimizin, həm də iqtisadi dayanıqlığımızın ən yaxşı sübutudur. Ölkəmizin müstəqillik əldə etdikdən sonra reallaşdırdığı enerji layihələri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi bir daha göstərir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi məsələlərində etibarlı və strateji tərəfdaş olmaqla yanaşı həm də təşəbbüskar tərəfdaşdır və bu təşəbbüslər artıq gələcəyə doğru sürətlə genişlənməkdədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025