Göydəniz Qəhrəmanov: “Azərbaycan özünün bərpaolunan enerji potensialını davamlı şəkildə artırır”
Tarix: 07-04-2025 | Saat: 15:59
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Məlum olduğu kimi, bu gün Avropa İttifaqına daxil olan ölkələrin gündəliyində duran ən vacib məsələlərdən biri məhz enerji təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan nisbətən yeni marşrut olan Cənub Qaz Dəhlizinin önəminin getdikcə artması da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmiatında rolu ilə bağlıdır. Aprelin 4-də Bakıda öz işinə başlamış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirilən fikirlərdə də bir daha təsdiq olundu ki, hazırda Avrasiyadakı mövcud geosiyasi vəziyyət fonunda bu möhtəşəm Beynəlxalq layihənin reallaşdırılması son dərəcə düzgün və vaxtında atılmış addım idi. Hazırda bir çox Avropa ölkələrinin ərazilərində Cənub Qaz Dəhlizi ilə daxil olan təbii qazın paylanması məqsədilə çox sayda yeni marşrutların, interkonnektorların qurulması da layihənin əhəmiyyətini bir daha vurğulayır. Beləliklə, Azərbaycanın təşəbbüskarı olduğu bu layihədə enerjinin şaxələndirilməsi məsələləri də tam şəkildə əhatə edilir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həm ölkə daxilində, həm də xarici ölkələrdə hasilat, nəqlolunma və çatdırılma ilə məşğuldur. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Məşvərət Şuralrının iclaslarında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev görülmüş işlər və gələcək planlar barədə bir çox mühüm açıqlamalar təqdim etdi. İlk növbədə möhtərən dövlət başçımız bir daha diqqətə çatdırdı ki, bu gün artıq ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi ilə yanaşı həmçinin sənaye təhlükəsizliyi haqqında danışmaq olar. Çünki sənayeni inkişaf etdirmək üçün enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır və Azərbaycan bütün bunların istehsalçısı və ixracatçısıdır. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i də Avropa İttifaqının üzvüdür. Cənab Prezident bəyan etdi ki, Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək.”
Bu sözləri aia.az-a açqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Həmçinin deputat Prezident İlham Əliyevin ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan bərpaolunan enerji layihələri ilə enerji təhlükəsizliyi ilə bağlı öz rolunu daha da artıracaq: “Möhtərəm dövlət başçımız öz çıxışında belə bir çox önəmli məqamı da diqqətə çatdırdı ki, Avropa ölkələri çox geniş yaşıl gündəliyə baxmayaraq, ənənəvi yanacaq növlərinin hələ uzun müddət enerji təhlükəsizliyinin mühüm meyarı olaraq qalacağını nəzərdən qaçırmamalı və faydalı qazıntı hasilatçılarını ayrı-seçkiliyə məruz qoymamalıdırlar. Qeyd edək ki, cənab Prezident İlham Əliyev keçən il ölkəmizin uğurla ev sahibliyi etdiyi COP29-un gedişində də dünya ölkələrinə bu mesajı vermişdi. Mesajda birmənalı olaraq bəyan olunmuşdu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır. Öz növbəsində Azərbaycan, dövlət başçımızın dediyi kimi, bu iki mühüm meyarı bir araya gətirə bildi və istehlakçıların tələbatlarını qarşıladı. Cənab Prezident bəyan etdi ki, bu gün Azərbaycanın Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarları ilə artıq imzalanmış müqavilələr ölkəmizi 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi ilə təmin edəcək. Bu, hazırda ölkə daxilində elektrik enerjisinin istehsalına sərf olunan təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaradacaq və həmin qaz ixraca yönəldiləcək. Eyni zamanda da Azərbaycanın öz maliyyəsi hesabına bu gün artıq işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib ki, onların da ümumi güvü 270 meqavatdır. Növbəti beş ildə isə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, 2030-cu ilə qədər ölkəmizin bərpaolunan mənbələrdən enerji istehsalı potensialı iki dəfəyə qədər artacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-04-2025