Mobil versiya
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının müzakirələrində çıxış edib -Foto
Tarix: 07-04-2025 | Saat: 14:40
Bölmə:Siyasət | çapa göndər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının müzakirələrində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin spikeri aprelin 7-də Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasının müzakirələrində iştirak edib.

Assambleyanın bu gün keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Dövlət başçısı müzakirə olunan mövzunun aktuallığı, sosial inkişaf məqsədlərinə nail olunmasında qanunvericilik orqanlarının rolu, həmçinin parlamentlər arasında əməkdaşlığın, beynəlxalq parlament təşkilatlarının qlobal çağırışların aradan qaldırılmasına töhfələri haqqında fikirlərini səsləndirib.
Qeyd edək ki, Milli Məclisin sədri Özbəkistana işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya Şurasının iclasında çıxış edib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransına sədrlik edib. Azərbaycan parlamentinin spikeri, həmçinin bir sıra ölkələrin qanunvericilik orqanlarının rəhbərləri ilə də görüşlər keçirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-04-2025