Mobil versiya
Bakıda yaşayış olan evi qanunsuz sökdülər
Tarix: 27-03-2025 | Saat: 14:20
Bölmə:Özəl | çapa göndər

Bakıda yaşayış olan evi qanunsuz sökdülər

Bakıda tikinti şirkəti yaşayış olan evləri sökməyə başlayıb.

aia.az xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə