Məclisin deputatı Heydər Əsədov Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib -Fotolar
Tarix: 29-03-2025 | Saat: 20:40
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Şirvan şəhərində 28.03.2025-ci il tarixində Milli Məclisin deputatı Heydər Əsədov Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib.
İftar süfrəsində Milli Məclisin deputatı Heydər Əsədov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icmaların və ictimai təşkilatların rəhbərləri, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Mərasimə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanılmışdır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Heydər Əsədov iftar süfrəsində iştirak edənləri salamlayaraq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. O, Azərbaycanda və eləcə də Şirvan şəhərində açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Deputat həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğu bildirib və dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan duası ilə İftar süfrəsi açılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-03-2025
30-03-2025
29-03-2025