Mobil versiya  Çərşənbə axşamı, 1 aprel 2025, 10:32:15  
Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı
Tarix: 29-03-2025 | Saat: 09:07
Bölmə:Dünya | çapa göndər

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı

Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrindən birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənəd tapılıb.

aia.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, yoldan keçən şəxslərdən biri yerdə kağızla dolu torbanın olduğunu və bu kağızların Müdafiə Nazirliyinə aid məxfi sənədlər olduğunu görüb.

Sənədlərdə Britaniya hərbçilərinin adları və əlaqə nömrələri, habelə onlara təhkim olunan silahlarla bağlı məlumatlar olub. Bəzi sənədlərdə isə "məxfi" yazısı qeyd olunub.

Böyük Britaniya Müdafiə Nazirliyi martın baş vermiş insidentin təcili olaraq araşdırıldığını açıqlayıb.

Nazirlik aşkarlanmış sənədlərin idarənin nümayəndələrinə təhvil verildiyini təsdiqləsə də, əlavə məlumat verməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-04-2025