Müalicə yan təsirlərə səbəb oldu: Kral III Çarlz xəstəxanaya yerləşdirildi
Tarix: 28-03-2025 | Saat: 12:18
Bölmə:Dünya | çapa göndər

Böyük Britaniyanın Kralı III Çarlz şiş əleyhinə terapiyadan sonra yan təsirlərin yaranması səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə Bukinqem sarayından bəyan edilib.
Bildirilir ki, buna görə monarxın iştirakının planlaşdırıldığı tədbirləri ləğv etmək lazım gəlib.
"Planlaşdırılmış və davam edən xərçəng müalicəsindən sonra bu gün səhər kralda müvəqqəti yan təsirlər yaranıb. O, xəstəxanaya yerləşdirilib. Buna görə də Əlahəzrətin gündəlik görüşləri təxirə salınıb", - deyə məlumatda vurğulanıb.
Səhhətinin pisləşməsinə baxmayaraq, monarx dövlət vəzifələrini yerinə yetirməyə davam edir.
Qeyd edək ki, artıq bir ildən çoxdur ki, xərçənglə mübarizə aparan 76 yaşlı Britaniya monarxı digər xəstələrə dəstək üçün öz xəstəliyi haqqında maksimum açıq danışmaq niyyətində olduğunu bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-03-2025
30-03-2025
29-03-2025
28-03-2025