Mobil versiya
Türkiyədə bu kanallar cəzalandırıldı
Tarix: 28-03-2025 | Saat: 12:21
Bölmə:Dünya | çapa göndər

Türkiyədə bu kanallar cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Ali Şurası "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.

aia.az xəbər verir ki, qərar Şuranın saytında yayımlanıb.

Qurum telekanalın bəzi şərhlərini ictimai nifrət və düşmənçiliyi qızışdırmağa çağırışlar kimi qiymətləndirib.

Bundan əlavə, “Halk TV” və “Tele 1” telekanallarına aid beş proqramın yayımına qadağa qoyulub və inzibati cərimələr tətbiq edilib. "NOW TV" və "Ak ll" telekanallarına da cərimələr kəsilib.

Cəzalar İstanbulun həbsdə olan bələdiyyə sədri Ekrem İmamoğluna dəstək məqsədilə keçirilən kütləvi aksiyalar fonunda tətbiq edilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə