Mobil versiya
Şuşanın Qarabağ küçəsində 10 bina inşa edilir - FOTOlar
Tarix: 28-03-2025 | Saat: 17:08
Bölmə:Ölkə | çapa göndər

Şuşanın Qarabağ küçəsində 10 bina inşa edilir - FOTOlar
Şuşa şəhərinin Qarabağ küçəsində 10 bina inşa edilir.

aia.az bildirir ki, bu barədə jurnalistlərə Şuşaya mediatur zamanı məlumat verilib.

"Qarabağ küçəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir", - mediaturda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə tanış olublar.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə