Mobil versiya  Bazar ertəsi, 31 mart 2025, 21:45:23  
Quruculuq işləri də Zəfərlə tamamlanacaq! - DEPUTAT
Tarix: 28-03-2025 | Saat: 23:59
Bölmə:Siyasət | çapa göndər

Quruculuq işləri də Zəfərlə tamamlanacaq!

İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri uğurla davam etdirilir. Bu strateji mis¬¬siya azad edilmiş bütün ərazilərimizi əhatə edir. İkinci Qarabağ müharibəsində qazanılmış ta¬ri¬xi Zəfər ictimaiyyətə və Azərbaycana ehtiramı olan dövlətlərə hansı duyğuları yaşatmışdısa, qu¬ru¬cu¬luq işlərinin coğrafiyası və sürəti, arxitektura özəlliyi də həmin səviyyədə qürur yaşadır. Azər¬baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara hər səfəri quruculuq işlə¬ri¬nin uğurunun təntənəsi kimi tarixləşir. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər, bu Zəfərin mahiyyəti təsdiqlədi ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, erməniliyin dağıtdığı ərazilər tezliklə yenidən qu-ru¬la¬caqdır, daha da gözəlləşəcəkdir. Azər¬baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əli¬¬yevanın martın 27-də Ağdama səfəri, səfər zamanı Sarıcalı kəndinin birinci mərhələsinin açılı¬şın¬da iştirakı da Böyük Qayıdışın tərkib hissəsi kimi tarixləşdi. Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində, 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Ermənilər kənddə daş üstə daş qoymamışdı, kəndi tamamilə dağıtmışdı. Kənddə bütün infrastr-uk¬tur¬lar, ictimai binalar məhv edilmişdi. 239 ailə qaçqın kimi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdı. İkinci Qarabağ müharibəsindən sonra Ağdam da işğaldan azad edildi və bu ra¬yon¬da da ge¬niş quruculuq işlərinə başlanıldı. Sarıcalının işğaldan sonrakı quruculuq işlərinin tə¬məli 2022-ci il oktyabrın 4-də qoyulmuşdu, bu tarixi missiyanı dövlət başçımızın özü həyata keçirmişdi... Sarıcalı kəndində iki mərhələdə 425 ailə üçün fərdi ev inşa ediləcək. Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxsaylı inzibati binanın açılı-şın¬da iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-pre¬zident Mehriban xanım Əliyeva kənddə inşa edilmiş fərdi yaşayış evlərində yaradılmış şəraitlə də tanış olublar. Bu tanışlıq həm əminliyin, həm ehtiramın, həm də tarixə azərbaycançılığın qətiyyəti oldu. Dövlət başçımız 14 sinif otağından ibarət olan Sarıcalı kənd orta məktəbinin açılışında da iştirak etdi. Məktəbdə tədrislə bağlı hər cür şərait yaradılması “Azərbaycan Respublikasının işğal¬dan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla davam etdirildiyinin təs¬diqidir... Dövlət başçımızın və birinci vitse-prezidentin yeni mənzilə köçən sakinlərlə görüşmələri, onlara evlərinin açarlarının təqdim etmələri Ramazan ayında böyük könül xoşluğu yaşatdı... İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri Ordumuzun qazandığı tarixi Zəfərin mən-ti¬qi davamıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfər-ləri də bunun təzahürüdür...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-03-2025