Mobil versiya
Azərbaycanın baş konsulu Arizona ştatının dövlət rəsmiləri ilə görüşüb
Tarix: 29-03-2025 | Saat: 09:01
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın baş konsulu Arizona ştatının dövlət rəsmiləri ilə görüşüb

Azərbaycanın Kaliforniya ştatının Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov Arizona ştatının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.

aia.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

“Dövlət və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Toni Rivero və Arizona Nümayəndələr Palatasının nümayəndəsi Castin Uilmetlə görüşməkdən məmnunam”, - deyən azərbaycanlı diplomat mühüm məsələləri müzakirə etmək imkanına görə dövlət rəsmilərinə minnətdarlığını bildirib.

Baş konsul eyn zamanda ştatın Dövlət katibi (Vitse-qubernatorun oxşarı - Qeyd) Adrian Fontes ilə də görüşüb: “Mənalı görüşə və gözəl müzakirəyə görə təşəkkür edirəm. Biz Azərbaycan və Arizona arasında daha sıx tərəfdaşlıq gözləyirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-03-2025