Mobil versiya
Azərbaycandan Gürcüstana və əks istiqamətdə pul köçürmələri azalıb
Tarix: 26-03-2025 | Saat: 11:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycandan Gürcüstana və əks istiqamətdə pul köçürmələri azalıb

Ötən il Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 45 milyon ABŞ dolları təşkil edib.

aia.az bildirir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon ABŞ dolları və ya 23,6% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Gürcüstanın payı 8,5% təşkil edib.

Həmçinin, ötən il Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 35,3 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 5,8% azalma deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Gürcüstanın payı 3,3% təşkil edib.

2023-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 58,8 milyon ABŞ dolları, əks istiqamətdə isə 37,5 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə