Mobil versiya
Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı TƏSDİQLƏDİ
Tarix: 28-03-2025 | Saat: 11:54
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı TƏSDİQLƏDİ

Dünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib.

aia.az xəbər verir ki, bu barədə Bankdan məlumat verilib.

Layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək, və daha dayanıqlı və etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon ABŞ dolları məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, və bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə, sərmayə qoyması üçün əlverişli şərait yaradacaq.
Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi zamana təsadüf edən bu layihə ilkin mərhələdə 384 milyon ABŞ dolları məbləğində özəl investisiyaların reallaşmasına kömək edəcək və bərpaolunan enerjiyə əlavə investisiyalar üçün yol açacaq.

“Bu layihə Azərbaycanda insanların və müəssisələrin arxalana biləcəyi etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinin çatdırılmasına imkan verəcək. Elektrik şəbəkəsinin gücləndirilməsinə dəstək verməklə, biz Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edir, davamlı inkişaf və imkanlar üçün zəmin yaradırıq”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister bildirib.

AZURE layihəsi vacib ötürücü xətlərin və yarımstansiyaların genişləndirilməsi və gücləndirilməsinə
yönəlib:

• 240 meqavatlıq Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının ötürücü şəbəkəyə qoşulması;
• Özəl sektor tərəfindən hasil olunacaq 1 giqavatadək bərpaolunan elektrik enerjisinin təhlükəsiz və etibarlı şəkildə ötürülməsi üçün 330/500 kV yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və genişləndirilməsi;
• Özəl investisiyalar vasitəsilə 1,8 giqavat bərpaolunan elektrik enerjisinin sistemə daha yaxşı inteqrasiyası üçün şəbəkənin sabitliyinin gücləndirilməsi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə