Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan Gürcüstana və əks istiqamətdə pul köçürmələri azalıb
Azərbaycandan Gürcüstana və əks istiqamətdə pul köçürmələri azalıb26-03-2025, 11:03. Yazar: sevinc1 |
![]() Ötən il Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 45 milyon ABŞ dolları təşkil edib. aia.az bildirir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon ABŞ dolları və ya 23,6% azalıb. Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Gürcüstanın payı 8,5% təşkil edib. Həmçinin, ötən il Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 35,3 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 5,8% azalma deməkdir. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Gürcüstanın payı 3,3% təşkil edib. 2023-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 58,8 milyon ABŞ dolları, əks istiqamətdə isə 37,5 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır. Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır. Geri dön |