Mobil versiya
Güclü zəlzələ Myanma və Tailandı silkələdi
Tarix: 28-03-2025 | Saat: 11:56
Bölmə:Dünya | çapa göndər

Güclü zəlzələ Myanma və Tailandı silkələdi

Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.

aia.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər yayıb.

Məlumata görə, episentr təxminən 1.2 milyon nəfərin yaşadığı Mandalay şəhərindən 17 km qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.

Sosial şəbəkələrdə yayılan məlumata görə, güclü yeraltı təkanlar Banqkokda (Tailand) hiss edilib. Şahidlər zəlzələ zamanı Banqkokda tikilməkdə olan çoxmərtəbəli binanın dağıldığını bildiriblər. Şəhərdə çoxmərtəbəli binalardan təxliyə elan edilib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, təkanlar həmçinin Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə