Mobil versiya
İsrail 5 min kamikadze pilotsuz uçuş aparatı üçün tender açdı
Tarix: 12-03-2025 | Saat: 20:40
Bölmə:Özəl | çapa göndər

İsrail 5 min kamikadze pilotsuz uçuş aparatı üçün tender açdı

İsrail ordusu 5 min kamikadze pilotsuz uçan aparat (PUA) almağa hazırlaşarkən, Qəzza zolağına edilən hücumlar səbəbindən tətbiq edilən beynəlxalq silah embarqoları qarşısında tenderdə yerli istehsal nəzərdə tutulmuşdu.“Haaretz” qəzetinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə 5 min ədəd FPV kamikadze PUA-nın alınması üçün tender açıb.

İsrail ordusu Qəzzaya hücumları səbəbiylə beynəlxalq silah embarqoları qarşısında tenderi qazanan şirkətdən yerli istehsal xətti qurmağı tələb edib.

Nazirliyin ötən ay 5 min kamikadze PUA-nın alınması üçün tender açdığı bildirilərkən, indiyədək aralarında Xtend, Dronix və Tehiru da daxil olmaqla 25 İsrail şirkətinin təklif verdiyi qeyd edilib.

Bildirilib ki, Kamikadze PUA-ları 10 kilometr uçuş məsafəsi, 8 dəqiqəlik uçuş müddəti və 2,5 kiloqram partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq.

Xəbərdə İsrail ordusunun daha əvvəl Qəzza zolağı, Livan və İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda FVP kamikadze PUA-larından istifadə etdiyi diqqətə çatdırılıb.

Bir neçə yüzdən bir neçə min dollara başa gələn nisbətən kiçik kamikadze İHA-lar əldəqayırma partlayıcıları daşıya, milyonlarla dollar dəyərində tank və silah sistemlərinə zərər verə bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025