Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının yubileyi ilə əlaqədar tədbir keçirilib -Fotolar
Tarix: 12-03-2025 | Saat: 17:41
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mart ayının 11-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının 75 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, akademik Abel Məhərrəmov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvü, professor Misir Mərdanov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və təşkilatın məsul işçisi Elşad Quliyev iştirak ediblər.
Nüfuzlu ictimai-siyasi xadimi, görkəmli alimi və dəyərli pedaqoqu əlamətdar yubileyi münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev vurğulayıb ki, Aqiyə Naxçıvanlı vətənpərvər və yüksək intellektli bir şəxsiyyət olaraq hər zaman milli maraqlarımızı uca tutmuş, dövlətçiliyimizin inkişafına dəyərli töhfələr vermiş, ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, bilik və bacarığını xalqımızın rifahına həsr etmişdir. Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti dövründə çoxsaylı savadlı və vətənpərvər gənclərin yetişdirilməsində böyük əməyi olmuşdur. Aqiyə xanım Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq bu gün də nüfuzlu bir ziyalı kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetiririr. Natiq, həmçinin, yubilyarın həm də vətənpərvər və dəyərli övladlar böyütmüş gözəl valideyn, mehriban ana olduğunu xüsusi vurğulayıb. Daha sonra Eldar müəllim ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatında, eləcə də Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə təltif olunan professor Aqiyə Naxçıvanlıya “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Aqiyə Naxçıvanlını görkəmli ictimai-siyasi xadim, nüfuzlu ziyalı və gözəl xasiyyətli bir xanım kimi dəyərləndirən digər natiqlər də yubilyarın elmi-pedaqoji faəliyyətinə yüksək qiymət verərək onun öz vətənpərvər fəaliyyətilə hər zaman xalqımıza, dövlətimizə böyük xidmətlər göstərdiyini vurğulayıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində yaxından iştirak edən Aqiyə xanımın şərəfli və fədakar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə də gənclərimiz üçün bir örnək, nümunə məktəbidir. Sonra bütün tədbir iştirakçıları Aqiyə Naxçıvanlıya bu məhsuldar ömür yolunda möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar arzulayaraq onu 75 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə səmimi-qəlbdən təbrik ediblər.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və digər tədbir iştirakçıları Aqiyə xanıma gül dəstələri və hədiyyələr təqdim ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025