Mobil versiya
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Mixail Kaminski ilə görüşüb
Tarix: 12-03-2025 | Saat: 17:46
Bölmə:Parlament | çapa göndər

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Mixail Kaminski ilə görüşüb

Martın 12-də Milli Məclisin sədr müavini Ziyafət Əsgərov XII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Polşa Respublikası Senatı Marşalının müavini Mixail Kaminski ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı salamlayan Ziyafət Əsgərov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi forumun qlobal çağırışlar fonunda aktual məsələləri müzakirə etmək, müxtəlif ölkələrdən olan ali səviyyəli qonaqları bir araya gətirərək fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib.

O, Azərbaycan - Polşa münasibətlərinin yalnız diplomatik sferada deyil, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Ziyafət Əsgərov Polşa və Azərbaycan arasında neft-qaz sahəsindəki əməkdaşlığın təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda Azərbaycanın Avropaya qaz tədarükündə oynadığı strateji rola və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verdiyindən də söz açıb.

Qonaq Polşa Respublikası Senatı adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycandakı dini və irqi tolerantlıq ənənələrini yüksək qiymətləndirərək, ölkənin müxtəlif mədəniyyət və konfessiyaların dinc birgəyaşayışına verdiyi töhfəni xüsusi vurğulayıb.

Söhbətdə Polşa və Azərbaycan arasında parlamentlərarası əlaqələrin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın möhkəmlənməsinə töhfə verərək, qarşılıqlı anlayışın və strateji tərəfdaşlığın güclənməsinə xidmət etməsindən bəhs olunub.

Görüşün sonunda tərəflər Azərbaycan-Polşa münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına ümid etdiklərini bildiriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025