Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi də dövlətlərarası münasibətlərdə mühüm yer tutur
Tarix: 12-03-2025 | Saat: 13:35
Bölmə:Ölkə | çapa göndər

Şərqi Avropa dövlətlərindən biri olan Şimali Makedoniya öz müstəqilliyini elan etdikdən qısa müddət sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaranıb. İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq inkişaf edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər bu baxımdan çox önəmlidir. Qeyd edək ki ölkələrimiz arasında iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur. Eyni zamanda, sosial, humanitar sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün təmaslar genişlənməkdədir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər bu baxımdan çox önəmlidir. İki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərin xüsusi rolu var. Azərbaycan Milli Məclisində deputat Fazil Mustafanın rəhbərliyi altında Şimali Makedoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımızın həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı xüsusi əhəmiyyətli daşıyır.
Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın xarici içlər naziri Ceyhum Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında görüş olub. Bu görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksəksəviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.
Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir. Bu səfərlər zamanı müzakirə edilən məsələlər və imzalanan sazişlər hər iki dövlətin maraqları çərçivəsində qarşılıqlı əlaqələrin genişlənməsinə xidmət etmişdir.
Martın 10-da Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfərə gəlməsi də bu münasibətlərin inkişafından xəbər verir.
Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilən Şimali Makedoniya Prezidenti ilə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər.
Cənab İlham Əliyev qeyd etmişdir ki, “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir.”
, Hazırda Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini qeyd edən ölkə başçısı bildirib ki, bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsi bunu açıq göstərir.
Eyni zamanda Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.
Görüşdən və səsləndirilən bəyanatlardan çıxan nəticə odur ki, tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Bir çox dövlətlərlə strateji tərəfdaşlıq, səmimi dostluq münasibətlərinin mövcudluğu və getdikcə inkişaf etməsi bunu deməyə əsas verir. Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa dövlətləri ilə fəal əməkdaşlıq kursunu davam etdirir. Onlardan biri də Şimali Makedoniyadır. Bu ölkə ilə çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Səbuhi Əbilov
Bakı Dövlət Universitetinin tələbəsi, YAP Nəsimi rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025