“ABŞ Moskvadan cavab gözləyir” - Rubio
Tarix: 12-03-2025 | Saat: 16:59
Bölmə:Dünya | çapa göndər

Vaşinqton Kiyevlə ərazi güzəştləri məsələsini müzakirə edib.
aia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Səudiyyə Ərəbistanında biz ərazi güzəştlərindən danışdıq”, - o deyib.
Rubio qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə düşünməyə çağırır: “ABŞ Rusiyanı Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsinə nəzərdən keçirməyə çağırır və Moskvadan cavab gözləyir”.
ABŞ Dövlət katibi Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb: “Ukraynadakı vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır”.
Rubio Moskvadan müsbət cavab alacaqlarına ümid etdiyini bəyan edib.
O, eyni zamanda, Rusiyanın reaksiyasının hələ aydın olmadığını açıqlayıb.
Rubio mineral sövdələşməni təhlükəsizlik zəmanəti kimi görmədiyini də vurğulayıb.
“Ukrayna üzrə sülh danışıqlarında əsas məsələ gələcək təcavüzə qarşı çəkindirmədir və avropalılar bu prosesdə iştirak etməlidirlər”, - Rubio əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025