"Uşaqların 15 faizi nikahdankənar doğulur" - Şöbə müdiri
Tarix: 12-03-2025 | Saat: 12:10
Bölmə:Karusel / Ölkə | çapa göndər

"Doğulan uşaqların 15 faizi nikahdankənar doğulur. Bu məsələ bizi düşündürməlidir. Son illərdə anomaliya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiya ilə bağlı isə 86 faiz artım var. Bu, qohum nikahlarını göstərir. Qohum nikahları bu gün ciddi prpblemə çevrilir. Bunun təbii artıma təsiri var. Qohum nikahları ilə bağlı qanunvericiliyə edilən dəyişikliyin təsirini gələcəkdə hiss edəcəyik".
aia.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, üç və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır: "Çoxuşaqlı ailələrə dövlət dəstək göstərir. Bu gün çoxuşaqlı ailə statusu alınması üçün əsas meyar 5-dən çox uşağı olan ailələr nəzərdə tutulur. Bu məsələ də bizi düşündürməlidir. Gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarı bir daha nəzərdən keçirməliyik. Doğulan uşaqların cins nisbətində ciddi problem var. Abortların sayının artması da ciddi məsələdir. Bu, demoqrafik inkişafa ciddi problem yaradır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025