BMT-nin baş katibi Ukraynadakı vəziyyətlə bağlı danışıb
Tarix: 12-03-2025 | Saat: 19:41
Bölmə:Özəl | çapa göndər

BMT Ukraynada 30 günlük atəşkəs rejiminin yaradılmasını dəstəkləyir və bunun gerçəkləşəcəyinə ümid edir. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu dünya təşkilatının baş katibi Antonio Quterreş deyib.O qeyd edib ki, münaqişə başlayandan bəri "çox sayda insan ölüb", buna görə də atəşkəs "həqiqətən müsbət haldır".“Biz, əlbəttə ki, Ukraynada atəşkəs əldə olunmasını alqışlayacağıq. Ümid edirik ki, gerçəkləşəcək. Və ümid edirik ki, bu, sülhə, ədalətli dünyaya yol açacaq. Siz bilirsiniz ki, ədalətli dünya üçün hansı parametrləri vacib hesab edirik: BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri”, - Quterreş əlavə edib.
Bir gün əvvəl Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar olub. Nəticədə 30 gün ərzində bütün cəbhə xətti boyunca atəşi tamamilə dayandırmaq təklif edildi və Kiyev buna razılıq verdi. Bundan əlavə, tərəflərin razılığı ilə uzadıla bilər. Danışıqların yekunu üzrə sənəddə həmçinin bildirilir ki, ABŞ kəşfiyyat mübadiləsində fasiləni dərhal ləğv edəcək və Ukraynaya hərbi tədarükləri bərpa edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025