Mobil versiya
Tusk Ərdoğandan Ukraynadakı sülh prosesinin məsuliyyətini öz üzərinə götürməsini istəyib
Tarix: 12-03-2025 | Saat: 20:33
Bölmə:Özəl | çapa göndər

Tusk Ərdoğandan Ukraynadakı sülh prosesinin məsuliyyətini öz üzərinə götürməsini istəyib
Polşanın baş naziri Donald Tusk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Ukraynada sülh prosesi və Avropada təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməsini istəyib.
“Mən prezident Ərdoğana birmənalı təklif etdim ki, Türkiyə [Ukraynada] sülh prosesi üçün mümkün qədər ortaq məsuliyyət daşısın, regionumuzda sabitlik və təhlükəsizliyi təmin etsin”, - Tusk Türkiyə lideri ilə Ankarada danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Bunu TVP Info yayımlayıb.
“Biz türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq”, - deyə Polşanın baş naziri əlavə edib.Bundan əlavə, Tusk bildirib ki, o, Ərdoğanla Suriyada binaların və infrastrukturun bərpasında iki ölkə şirkətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. Baş nazir əlavə edib ki, Ərdoğan apreldə Varşavaya səfər edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025