Milli Məclisin sədri Sahibə Qafarova Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşüb -Fotolar
Tarix: 12-03-2025 | Saat: 16:52
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Martın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinə inamını ifadə edib.
Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli əlaqələr qurublar.
Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur və bu məsələlər ölkə başçıları arasında keçirilən görüşdə müzakirə edilib.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycanı dost və yaxın ölkə adlandırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiridyi görüş barədə təəssüratlarını bölüşüb. O, yaşıl enerjiyə keçidin perspektivləri, Azərbaycanın bu sahədə gördüyü işlər, COP29 konfransının və XII Qlobal Bakı Forumunun bu sahəyə verəcəyi mühüm töhfələr barədə fikirlərini açıqlayıb.
Söhbət zamanı spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycanın öz torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyi bərpa etməsi, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu barədə məlumat verib.
Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq, vurğunaıb ki, humanitar sahədə əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025