Mobil versiya
ABŞ-ın Ukrayna ilə danışıqlarda hansı təxribat törətdiyi məlum olub
Tarix: 12-03-2025 | Saat: 14:07
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Ukrayna ilə danışıqlarda hansı təxribat törətdiyi məlum olub

Siyasi elmlər doktoru Aleksandr Qusev Səudiyyə Ərəbistanında Ukrayna ilə görüşü “ABŞ-ın təxribatı” adlandırıb və Rusiya rəhbərliyini Kiyevin qeyri-qanuni nümayəndələri ilə danışıqlara başlamamağa çağırıb. Bu barədə ekspert “Paraqraf” nəşrinə məlumat verib.Qusevin sözlərinə görə, Kiyevi Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak və müdafiə naziri Rustem Umerovun da daxil olduğu nümayəndə heyəti təmsil etdiyi halda, Rusiya rəhbərliyi Ukrayna tərəfi ilə danışıqlarda iştirak etməməlidir. Politoloq onların hər ikisinin qeyri-legitim olduğunu vurğulayıb.

Onun fikrincə, ABŞ-ın Ukraynanın danışıqlar aparmaq qabiliyyəti ilə bağlı bəyanatları Kiyevin Ağ Evə təslim olmasının nəticəsidir. Qusev hesab edir ki, Ukrayna nadir torpaq metallarına çıxış vəd etməklə ABŞ-a kart-blanş verib.Martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Kiyev Rusiyanın razılığı əsasında 30 günlük atəşkəsə “hazır olduğunu” bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025