Mobil versiya
"Müharibə canilərini "siyasi xadimlər və mülki şəxslər" kimi qələmə verilməsi faktları həyasızcasına təhrif edilməsidir" - DEPUTAT
Tarix: 12-03-2025 | Saat: 14:20
Bölmə:Siyasət | çapa göndər

"Müharibə canilərini "siyasi xadimlər və mülki şəxslər" kimi qələmə verilməsi faktları həyasızcasına təhrif edilməsidir"

"6 martda İsveç-Ermənistan dostluq qrupunun üzvləri Azərbaycana qarşı qərəz və qarayaxmalarla dolu bəyanatla çıxış etmişdir. Milli Məclisin Azərbaycan-İsveç parlamentlərarası işçi qrupunun üzvləri tərəfindən İsveç-Ermənistan dostluq qrupunun üzvlərinə səsləndirdikləri bəyanata qarşı etiraz məktubunu göndərmişdir. Məktubda əsassız, qeyri-obyektiv və qərəzli bəyanatı rədd etdiyimizi və İsveç deputatlara əsassız ittihamlardan, haqq-ədaləti sarsıtmağa yönələn saxta iddialardan imtina etməyə çağırışımızı bildirmişik".

Bunu mətbuata danışan deputat Azər Badamov deyib.

Deputat qeyd edib ki, bəyanatda müharibə canilərinin və separatçıların məsum "siyasi xadimlər və mülki şəxslər" kimi qələmə verilməsi, faktları həyasızcasına təhrif edilməsidir:

"Adı çəkilən şəxslər sülh və insanlıq ələyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla saxlama və digər cinayətlər törətməkdə təqsirləndirilən cinayətkarlardır. İsveç parlamentarilərində bir az da olsa ədalət və beynəlxalq hüquqa hörmət olsaydı 30 il öz doğma yurdlarından məcburi köçkün salınmış, soyqırıma məruz qalmış, işğal altında saxlanılmış ərazilərdə mədəni-mənəvi irsi məhv olunmuş azərbaycanlıların hüquqlarını müdafiə edərək Ermənistan qarşı bir etiraz səslərini çıxarardılar. Təbii ki, biz İsveç deputatlardan belə bir ədalətli hərəkəti görmədik. Ona görə ki, onlar Azərbaycana ikilistandartlardan yanaşırlar və erməniləri özlərini dost hesab edib beynəlxalq hüquq və normaları ayaq altına atırlar. İsveç deputatlar bilməlidirlər ki, heç bir təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz. Bakıda ittiham olunan erməni əsilli cinayətkarlar qanunlarımızın bütün tələblərinə uyğun ittiham olunacaq və layiqli cəzalarını alacaqlar".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025