Mobil versiya
Türkiyənin İngiltərədəki konsulluğunun qarşısında Quran yandıran şəxs zərərsizləşdirilib
Tarix: 14-02-2025 | Saat: 18:56
Bölmə:Özəl | çapa göndər

Türkiyənin İngiltərədəki konsulluğunun qarşısında Quran yandıran şəxs zərərsizləşdirilib

Türkiyənin İngiltərədəki konsulluğu qarşısında Quranı yandıran şəxs zərərsizləşdirilib.İngiltərənin paytaxtı Londonda Rutland Gardens-də Türkiyə konsulluğu qarşısında Qurani-Kərimi yandırmağa cəhd edilib. Naməlum şəxs Qurani-Kərimi yandırmaq istəyəndə ətrafdakıların reaksiyasına səbəb olub. Ətrafdakıların müdaxiləsi ilə qarşısı alınan şəxs hadisə zamanı xəsarət alıb.
Britaniya polisi hücumçunun silah saxlamaqda və sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinərək həbs edildiyini təsdiqləyib. "Bu gün səhər saatlarında Naytsbricdə baş verən hücumdan sonra bir nəfər həbs edilib", - polis sözçüsü bildirib. Hadisə zamanı bir nəfərin yaralandığı və xəstəxanaya aparıldığı, lakin bunun bıçaq yarası olmadığı bildirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-02-2025