Mobil versiya
Hökümənin ailəsindən oğurlanan vəsait geri qaytarıldı
Tarix: 18-01-2025 | Saat: 15:51
Bölmə:Ölkə | çapa göndər

Hökümənin ailəsindən oğurlanan vəsait

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə məxsus kartdan dələduzların ələ keçirməyə çalışdığı vəsaitlər geri qaytarılıb.

aia.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın yaydığı məlumatda bildirilib.


Qeyd olunub ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kiberdələduzluq halı ilə üzləşib:

"Bununla bağlı hüquq mühafizə orqanları və Kapital Bank tərəfindən dərhal araşdırma başlanılıb. Bankımız vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb. Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik", - deyə məlumatda vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə