Mobil versiya
Ölkəmizin tarixində unudulmaz səhifə
Tarix: 17-01-2025 | Saat: 17:24
Bölmə:Özəl | çapa göndər

Ölkəmizin tarixində unudulmaz səhifə

Bu il Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsindən 35 il ötür. 20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığının və mətinliyinin sübutu, müstəqillik və suverenlik uğrunda aparılan mübarizə tariximizin şərəfli səhifəsidir.
Qeyd edək ki, keçmiş SSRİ-nin o zamankı rəhbərliyi xalqımızın istiqlaliyyət, suverenlik və azadlıq istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrini Bakı şəhərinə yeritmiş və mülki əhaliyə qarşı qırğın törədilmişdir. Nəticədə 147 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs edilmişdir.
O dövrlər Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, bu qırğına görə Sovet rəhbərliyini qınamış, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır.Sovet rəhbərliyinin xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmadı, tezliklə Azərbaycan öz müstəqilliyini bərpa etdi. 20 Yanvar faciəsi xalqımızın yaddaşında müstəqilliyə gedən yol, milli qürur, iftixar, milli müqavimət günü kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə 20 Yanvar faciəsi barədə dediyi kimi, “bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025