Qətərin xarici işlər naziri Əl-Taninin atəşkəs bəyanatı
Tarix: 17-01-2025 | Saat: 21:07
Bölmə:Özəl | çapa göndər
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Qətər mərkəzli Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada, "Biz birinci mərhələnin tam şəkildə həyata keçirilməsini, ikinci mərhələnin isə yekun olmasını istəyirik" dedi.
İsrail hökumətinin HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasını açıqlaması gözlənildiyi halda, Qətərdən yeni açıqlama gəldi. Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına danışan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani atəşkəs razılaşmasının “tam şəkildə yerinə yetiriləcəyinə və faciənin sona çatacağına” ümid etdiyini bildirib. Əl-Tani vurğuladı ki, Qəzzaya beynəlxalq dəstək səfərbər edilməli və qurban ailələrinə dəstək mexanizmləri yaradılmalıdır.
Danışıqların son bir neçə gününün çox əhəmiyyətli olduğunu və əhəmiyyətli fərqə səbəb olduğunu deyən Əl-Tani, iki ABŞ administrasiyasının (Prezident Co Bayden və yeni seçilmiş prezident Donald Tramp) birgə fəaliyyətinin razılığın əldə olunmasında həlledici olduğunu qeyd edib. Əl-Tani deyib: “Biz birinci mərhələnin tam şəkildə həyata keçirilməsini, ikinci mərhələnin isə yekun olmasını istəyirik. “Biz Təhlükəsizlik Şurasının sazişin həyata keçirilməsi üçün məcburi qərar qəbul etməsini gözləyirik.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər