Novruzəli Aslanov: “Şəhid ailələrinin sosial problemlərinin həlli Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir”
Tarix: 18-01-2025 | Saat: 11:15
Bölmə:Siyasət | çapa göndər
“1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi ilə dinc əhalinin kütləvi qırını həyata keçirildi. Sovet dövründə keçmiş “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün SSRİ-nin hərbi-siyasi rəhbərliyi Qanlı Yanvar qırğınını törətdi. Bu, totalitar rejimin mövcud olduğu bütün illər ərzində ən qanlı cinayətlərdən biri kimi tarixə düşdü. Həmin gecə Şəxsi heyətlərinin tərkibinə imperiyanın müxtəlif şəhərlərində yerləşən hərbi hissələrdə qulluq edən erməni hərbçilərinin də daxil edildiyi qoşun birləşmələri təcavüzə məruz qoyduqları ərazilərdə xüsusi amansızlıq nümayiş etdirir, onlara heç bir müqavimət göstərməyən günahsız insanları – qocaları, qadınları, uşaqları belə qətlə yetirirdilər. Təsadüfən küçəyə çıxan dinc sakinlər, yaşayış evləri, təcili yardım maşınları belə şiddətli atəşə tutulurdular. Təəssüflər olsun ki, bu hərbi cinayət bu günə qədər beynəlxalq hüquqi məsuliyyətdən yayındırılmışdır.”
Bu sözləri 20 Yanvar faciəsi ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat daha sonra bildirib ki, qanlı 20 Yanvar hadisələri ümumxalq faciəsi olmaqla bərabər, eyni zamanda da müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub: “20 Yanvar faciəsi bütün acı nəticələrinə baxmayaraq, ölkəmizdə müstəqillik ideyalarının ümummilli amala çevrilməsinə zəmin yaratdı və Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Məhz bu qanlı faciədən sonra milli azadlıq hərəkatı artıq dönməz xarakter aldı və xalqımız öz gələcəyinin yalnız müstəqil Azərbaycanla bağlı olduğunu birmənalı qəbul etdi. Həmçinin baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız ilk dəfə olaraq ümumxalq faciəsinin tanıdılması naminə mərkəzləşdirilmiş qaydada təşkilatlanmağa başladılar. Eyni zamanda da 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıqlar artıq süqut etmək üzrə olan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.”
Fikirlərini davam etdirən N.Aslanov 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etirazın Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və bu qətiyyətli mövqe nümayişinin Ümummilli Liderimiz üçün son dərəcə böyük təhlükə ilə müşayiət olunduğunu vurğulayaraq bunları deyib: “1990-cı ilin ağır və faciəli günlərində də Ümummilli Lider Heydər Əliyev hər zaman olduğu kimi öz xalqının yanında oldu. Yanvar ayının 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, özünün və bütün ailə üzvlərinin həyatını real təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Xalqın fədakar oğlu imperiyanın mərkəzində cəsarətli bəyanat verərək əliyalın insanların qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır.” Həmçinin Ümummilli Lider ilk olaraq Qanlı Yanvar hadisələrinin hüquqi-siyasi qiymətini vermişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı ildə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən tarixli qərar qəbul etdi. 1994-cü ilin mart ayının 29-da isə Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.”
Sonda deputat bu gün də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün şəhidlərimizin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayrıldığını vurğulayıb: “Möhtərəm dövlət başçımızın təşəbbüsləri sayəsində Azərbaycanda 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Cənab Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixində imzaladığı “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Bu da qeyd olunmalıdır ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad edilməsi ilə bağlı Azərbaycan xalqına müjdəni vermək üçün məkan olaraq məhz Şəhidlər Xiyabanını seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın daha bir təzahürüdür” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025
17:12 İlk siyasi hüquqi qiymət