Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib -Fotolar
Tarix: 17-01-2025 | Saat: 16:29
Bölmə:Parlament | çapa göndər
Yanvarın 17-də Milli Məclisin Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Gündəlik barədə məlumat verən komitə sədri iclasın gündəliyinə 2 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdırıb.
Bildirilib ki, komitənin ötən sessiya ərzində keçirilən 9 iclasında 10 məsələyə baxılıb. Qeyd olunub ki, hesabat dövründə vətəndaşlardan komitənin ünvanına daxil olan 52 elektron, 46 kağız formatda müraciətə baxılaraq, müvafiq tədbirlər görülüb. Komitə sədri vətəndaşlardan ümumilikdə komitə üzvlərinə ünvanlanmış 738 müraciət barədə də məlumat verib. Bildirilib ki, regional məsələlər komitəsinin üzvləri sosial şəbəkələrdə, mediada aktual məsələlərlə əlaqədar mövqelərini bildiriblər, eyni zamanda, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərin problemləri ilə bağlı fəal iş aparıblar.
Siyavuş Novruzov Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı haqqında danışarkən diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Müzakirədə komitə sədri Siyavuş Novruzov, komitə üzvləri Məzahir Əfəndiyev, Aydın Mirzəzadə, Arzuxan Əli-zadə və Kamran Bayramov çıxış ediblər. Çıxış edənlər qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən söz açıblar, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, ölkəmizin qarşısında dayanan müasir çağırışlar və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər, komitənin iş planı ilə bağlı təkliflərini səsləndiriblər.
İclasda Regional məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
İclasda deputatlar Elman Məmmədov, Xanlar Fətiyev, Vasif Qafarov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər