Komitə sədri YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib -Fotolar
Tarix: 17-01-2025 | Saat: 16:03
Bölmə:Parlament | çapa göndər
Bu gün 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik.
Görüş zamanı vətəndaşların müraciətlərini diqqətlə dinlədik, onların qaldırdığı məsələləri müzakirə etdik. Əsasən, ailə-məişət məsələləri, işlə təminat, əmək təqaüdləri və sosial problemlərlə bağlı müraciətlər ön planda idi. Bir sıra məsələləri yerindəcə həll etdik, digərlərinin isə araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarına sorğular göndərildi.
Qəbulda həmçinin Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnur Qasımlı da iştirak etdi. Vəkil olaraq Gülnur xanım, vətəndaşların hüquqi problemlərinin həlli və onların hüquqlarının qorunması ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi və müvafiq hüquqi dəstək verdi.
Vətəndaşlarımızın rifahının təmin olunması və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq onların yanında olmağa, lazımi dəstək və kömək göstərməyə davam edirik.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər