Mobil versiya
Kollecdə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib -Fotolar
Tarix: 17-01-2025 | Saat: 17:03
Bölmə:Özəl | çapa göndər

Kollecdə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirilib.
Tədbir iştirakçıları ilk öncə kollecdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş sərgiyə baxış keçiriblər. 
Sonra kollecin Akt zalında təşkil olunan tədbirdə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbəsi, şəhid Ataməli Musaoğlunun anası Leyla xanım Musayeva cıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin istehsalat təcrübə və karyera mərkəzinin rəhbəri Natiq Musayev çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 20 yanvar gecəsi belə bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək söylədiyi “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün,  Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcək. Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli iftixarımızdır” kimi dəyərli fikri hər birimiz üçün örnəkdir. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı.
20 Yanvarın Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu qeyd edən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini söyləyib. 
Tədbirin sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub, şeirlər səsləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025