Əziz Ələkbərli: "Ermənistanda azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı kifayət qədər mötəbər sənədlər var"
Tarix: 14-01-2025 | Saat: 14:09
Bölmə:Manşet / Özəl / Gündəm / Qərbi Azərbaycan / Seçilənlər-9 | çapa göndər
“Erməni yalanlarının həddi-hüdudu yoxdur. Bir müddət öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da, baş nazir Paşinyan da iddia qaldırdılar ki, guya azərbaycanlılar könüllü şəkildə indiki Ermənistan ərazisini tərk ediblər. Onların iddiasına görə heç kim bizi sıxışdırmayıb, heç kim incidilməyib və hər hansı deportasiyadan söhbət gedə bilməz. Halbuki, elə indinin özündə, Qərbi Azərbaycan İcmasında Ermənistanda azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı Ermənistan Prokururluğunun, Moskvadan göndərilmiş İstintaq Komissiyasının möhürlü, erməni və rus müstəntiqlərin imzası ilə təsdiq edilmiş kifayət qədər sənədlər vardır. Bu sənədlər Ermənistan məhkmələrinin, prokurorluğun rəsmi blankında yazılmış sənədlərdir.
Deoprtasiya dövründə 200-dən artıq adam öldürülüb, evlər yandırılıb, minlərlə adam fiziki təzyiqə məruz qalıbdır. Bütün bu hadisələrlə bağlı istintaq işi başlanılıb, təbii ki, o cinayətləri törədənlərə qarşı heç bir tədbir görülməyib. Buna baxmayaraq, istintaq sənədlərində ermənilərin adları keçir və onların cinayətdə iştirakı qeyd edilir. Bu da bizim üçün mötəbər sənəd və sübutdur.
Ermənistan rəhbərləri əlimizdə bu qədər fakt olmasına baxmayaraq həqiqəti inkar etməyə, ictimaiyyəti çaşdırmağa çalışırlar.”
Bu sözləri Milli Məclisin Qərbi Azərbaycana Qayıdış Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli baku.tv-yə verdiyi müsahibəsində deyib.
“Paşinyanla görüş baş tutarsa ona nələri deyəcəksiniz” sualını cavablandıran millət vəkili qeyd edib ki, “Qərbi Azərbaycan İcmasının üzvləri bu sonuncu deportasiyaya qədər Ermənistanın vətəndaşları olublar. Bu adamların ata-babaları, əcdadları min illər boyu orada yaşayıblar. Orada bizim böyük mədəni irsimiz- qəbristanlıqlar, məscidlər, türbələr var. Ermənistan rəhbərliyi bizim ora qayıtmağımızı ölkənin ərazi bütövlüyüynə təhdid kimi qələmə verməyə çalışır. Mən də soruşacam ki, əcdadları yüz illər, min illər boyu bu ərazidə yaşamış adamların, burda evi, kəndi, məhəlləsi olan insanların qayıdışı ərazi bütövlüyünə necə təhdid ola bilər?
Millət vəkili daha sonra qeyd edib ki, “Bir faktı da deyim ki sonuncu deportasiya dövründə (1987-1991-ci illər) oradan qovulan insanların böyük əksəriyyəti heç pasport qeydiyyatından belə çıxmayıblar. Onların pasportlarında belə çıxış möhürü yoxdur və bu insanlar faktiki olaraq Ermənistanın vətəndaşlarıdırlar.
Levon Ter-Petrosyana gəlincə, bu adam 1945-ci ildə Suriyada anadan olmuş biridir və onun Qərbi Azərbaycana heç bir aidiyyəti yoxdur. Bu gün Ermənistanda hamı yaxşı bilir ki, kimin babası, atası nə vaxt və haradan gəlib. Bunu bilə-bilə Paşinyan bizim öz evimizə qayıdışın qabağını necə ala bilər? Üstəlik də cənab Prezident İlham Əliyevin dediyi kimi, əksər rayonlarda, kəndlərdə evlər boşdur. Bu barədə əlimizdə kifayət qədər sənədlər vardır. Xüsusən Ağbabada, Zəngəzurda, Loruda, Göyçədə kəndlərin əksəriyyəti boşalıbdır. Ermənilər yalnız İrəvan çuxuru ərazisində sıx məskunlaşıblar, oralar da yavaş-yavaş boşalmağa başlayır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025