Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişaf trayektoriyasının istiqamətləndirilməsində mühüm rol oynayır”
Tarix: 07-11-2024 | Saat: 22:04
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin xarici siyasətində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin inteqrasiyası və inkişafı kimi məsələlər mühüm prioritet istiqamətlərdən biridir. Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki təşəbbüslərini daim dəstəkləyir və eyni zamanda özləri də təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Lakin, heç şübhəsiz, Azərbaycan Prezidentinin TDT ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər təşkilatın gələcək inkişaf trayektoriyasının istiqamətləndirilməsində mühüm rol oynayır. Məlumdur ki, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə qoyulub. Həmin tarixi hadisədən sonra keçən 15 il ərzində TDT uğurlu inkişaf yolu keçib. Xüsusi olaraq qeyd edə bilərik ki, bu ilin iyul ayında cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə böyük töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə etdiyi çıxışında bütün bu məqamlar öz əksini aydın şəkildə tapıb.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat daha sonra Azərbaycanın Türk Dövlətləri Təşkilatına göstərdiyi maliyyə dəstəyinin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlətimizin başçısı öz çıxışında daha bir vacib məqama toxunaraq bildirdi ki, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Məhz buna görə də Azərbaycan Təşkilata maliyyə dəstəyi verəcək. Bu məqsədlə TDT Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Bu qərar Azərbaycanın Türk dünyasının inkişafına və daha da güclənməsinə verdiyi növbəti töhfədir. Digər tərəfdən isə ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün öz sərmayələrini artırır. Səbəb də budur ki, bu dəhlizlə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur və bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.”
Sonda Göydəniz Qəhrəmanov Qarabağ və Şərqi Zəngəzurda görülən yenidənqurma işlərinin də Türk Dövlətləri arasında mövcud olan birliyin və dostluq əlaqələrinin daha bir nümayişi olduğunu vurğulayıb: “Bu gün Azərbaycan özünün işğaldan azad olunan ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. Lakin bütün bu faciələr artıq keçmişdə qalıb. Azərbaycan öz ərazilərini yenidən bərpa edir, dirçəldir və Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Qürur doğuran haldır ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr də sözdə yox, əməldə Azərbaycanın yanındadır. Azərbaycan xalqı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının təşəbbüsləri ilə azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olaraq inşa edilən yaradıcılıq mərkəzi və məktəbləri səmimi dostluğumuzun rəmzi kimi qəbul edir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-12-2024