Mobil versiya
Göydəniz Qəhrəmanov: “Ali Baş Komandanın “Dəmir yumruğu” bütün erməni miflərini darmadağın etdi”
Tarix: 03-11-2024 | Saat: 22:05
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

Göydəniz Qəhrəmanov: “Ali Baş Komandanın “Dəmir yumruğu” bütün erməni miflərini darmadağın etdi”

“Azərbaycan xalqının sülsevər və səbirli xalq olduğunu 20% torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə bütün dünya gördü. Bütün bu illər ərzində beynəlxalq vasitəçilər, münaqişənin həlli yollarının tapılması üçün səlahiyyətləndirilmiş bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, “Dağlıq Qarabağ” münaqişəsinin hərbi yolla həlli yoxdur. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik. Əslində məsələnin sülh yolu ilə həllinə nail olmaq elə də çətin deyildi. Bunun üçün sadəcəolaraq Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa məcbur etmək lazım idi. Lakin beynəlxalq təşkilatlar bu məsələdə qərəzli mövqedən çıxış edərək Azərbaycanın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər. Buna görə də 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində quraraq hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var, yox olan isə qondarma “Dağlıq Qarabağ” adında ərazi vahidi və onun ətrafında süni şəkildə yaradılmış münaqişədir.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat daha sonra 2003-2020-ci illər ərzində ölkəmizin Vətən müharibəsinə hazır olması üçün görülən işlərdən bəhs edərək bunları deyib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə ki, dövlət başçımızın bu əminliyi onun özünün uzun illər boyunca həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticələrinə əsaslanırdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Bütün bu tədbirlər öz nəticəsini verdi. Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya sahib olan dövlətə çevrildi. Əlbəttə ki, Ermənistanın bizim qarşımızda heç bir şansı yox idi. Bu ölkə üçün ən əlverişli variant Azərbaycan Prezidentinin tövsiyyələrini eşidib öz işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Lakin xarici havadarlarına güvənən Ermənistan bunu etmədi və sonda rüsvayçı məğlubiyyətin acısını çəkməli oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində ordumuz bir çox əhəmiyyətli qələbələr qazansa da məhz Şuşanın işğaldan azad olunması hərbi əməliyyatların başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı. Bu zərbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra isə Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanata həmin an hələ də işğal altında olan Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən özümüzə qaytarıldı.”

Sonda Göydəniz Qəhrəmanov Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi şərtləndirən mühüm amillərdən birinin də milli həmrəylik olduğunu vurğulayıb: “Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Əlbəttə ki, müharibənin ilk günündə 50 siyasi partiyanın Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib, birgə dəstək bəyanatı imzalamaları möhtəşəm siyasi həmrəylik nümayişi idi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümü idi. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması və siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək məhz bu şəkildə öz nəticələrini göstərdi. Ali Baş Komandanın öz xalqına güvənərək yaratdığı “Dəmir yumruq” erməni faşizminin belini qırdı, bütün erməni miflərini darmadağın etdi” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024