Novruzəli Aslanov: “Azərbaycan işğaldan azad etdiyi bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqdadır”
Tarix: 18-10-2024 | Saat: 09:54
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən Zəngilan mühüm strateji əhəmiyyət kəsb edən rayonlarımızdan biridir. Erməni işğalçı qüvvələrinin hücumlarına beş il ərzində şiddətli müqavimət göstərən Zəngilanın müdafiəsi Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra mümkünsüz oldu. 1993-cü ilin noyabr ayında tam mühasirəyə düşən Zəngilanın əhalisi üçün həmin vaxt yeganə çıxış yolu Araz çayından İran ərazisinə keçmək idi. Əks halda xalqımız ikinci Xocalı faciəsini yaşamalı olacaqdı. 27 il davam edən işğal dövrü ərzində ermənilər qəsb etdikləri digər rayonlar kimi Zəngilanın da təbii sərvətlərini talan etmiş, qiymətli ağac növlərini, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətləri daşıyaraq aparmışlar. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngin olmuşdur. İşğal dövründə onlarla məscid, ziyarətgah və tarixi-memarlıq abidələri tamamilə dağıdılmışdır. Məlumdur ki, işğala qədər Avropada ən böyük çinar meşəsi də məhz Zəngilan rayonunda idi. Lakin işğal dövründə ermənilər həmin cinarları da doğrayaraq xarici ölkələrə satmışlar.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat qeyd edib ki, Zəngilanın işğaldan azad olunması əldə olunan ən önəmli nailiyyətlərdən biri də Azərbaycan-İran sərhədinin tam bərpa edilməs olmuşdur: “Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başladığı Vətən müharibəsinin gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı. Bundan cəmi iki gün sonra, oktyabrın 20-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, həmin əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi də tam bərpa edildi. Bununla da 132 kilometrlik sərhəd zonası yenidən Azərbaycanın nəzarətinə keçdi və bu, əlbəttəki çox böyük nailiyyətdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün Azərbaycan dörd il bundan əvvəl işğaldan azad etdiyi ərazilərində bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla, həmin bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqda, mövqelərini daha da möhkəmləndirməkdədir. O cümlədən vüsətli quruculuq işləri bu gün Zəngilanda da aparılır. Zəngilan şəhərinin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi hazırda icra edilməkdədir. 2025-ci ildə isə bu şəhərin ilk sakinlərinin tarixi yaşayış yerlərinə qayıdacaqları gözlənilir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər