Mobil versiya
Novruzəli Aslanov: “Heç bir xarici mənbədən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı uğurla icra olunur”
Tarix: 08-10-2024 | Saat: 19:00
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Heç bir xarici mənbədən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı uğurla icra olunur”

“Azərbaycanda 2003-cü ilin oktyabr ayının 15-də keçirilmiş prezident seçkilərində xalqımız yeganə doğru seçimi edərək öz səsini cənab İlham Əliyevə verdi. Həmin vaxt xalqa müraciət edən möhtərəm dövlət başçımız demişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını hər zaman müdafiə edəcək və ölkənin ərazi bütövlüyünü qoruyacaq. Bu tarixi gündən düz 20 il sonra, 2023-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti verdiyi bütün vədlərə sadiq olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Həmin gün Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ağdərə, Xankəndi, Xocavənd və Xocalı şəhərlərində müqəddəs üçrəngli bayrağımızı şəxsən özü qaldırdı. Cənab Prezident bu vəzifəyə seçildiyi ilk gündən Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərimizdə qaldırılmasını özü üçün bir nömrəli vəzifə kimi müəyyən etmişdi. Azərbaycan xalqı da bütün bu iyirmi ili öz Prezidentinin ətrafında getdikcə daha sıx birləşərək bu müqəddəs məqsədinə doğru inamla irəliləyirdi. Bu illər ərzində dövlət başçımızın müdrik siyasəti və unikal strategiyası sayəsində Azərbaycan ilk növbədə öz iqtisadiyyatını gücləndirdi və ordu quruculuğu işini tamamilə yeni bir mərhələyə çıxardı. Çünki, əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Həmçinin ötən dövr ərzində uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq statusu sürətlə yüksəldi, ölkəmiz dünya miqyasında özünə layiq yerini tuta bildi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə Ulu Öndərimizin ən böyük vəsiyyətinə əməl olunduğunu vurğulayaraq bunları deyib: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinin təntənə ilə qeyd olunduğu 2023-cü ilə təsadüf etməsi böyük siyasi və mənəvi əhəmiyyət kəsb edən hadisə oldu. Çünki Ulu Öndərimizin xalqa və öz siyasi varisi cənab Prezident İlham Əliyevə ən böyük vəsiyyəti torpaqlarımızın işğaldan azad olunması idi. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək bu vəziyyətə əməl etdi. Bu gün isə artıq işğaldan azad edilmiş torpaqlarımıza bir vaxtlar öz dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızın böyük qayıdışı həyata keçirilir. Bu məqsədlə həmin bölgə və rayonlarda görülən yenidənqurma işlərinin vüsəti və dinamikası bütün dünyanı heyran qoyur. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin çəkilişi və hava limanlarının inşası sahəsində mühüm işlər görülüb. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində regionda başladılan yenidənqurma və bərpa işləri öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Heç bir xarici mənbədən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası üçün dövlətimiz tərəfindən çox sayda irimiqyaslı tədbirlər uğurla həyata keçirilir” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2024