Mobil versiya
Kamaləddin Qafarov: “Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb”
Tarix: 04-10-2024 | Saat: 10:23
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb”

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”

Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024