Əziz Ələkbərli: “Rusiya ilə münasibətlərin bu səviyyədə inkişafı indiki geosiyasi şəraitdə Azərbaycanın maraqlarına tam cavab verir”
Tarix: 20-08-2024 | Saat: 06:56
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
«Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, iki qonşu ölkə sıx əməkdaşlıq etməsin. Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. Dövlət başçılarının mütəmadi görüşləri, rəsmi səfərlər çərçivəsində imzalanmış mühüm sənədlər göstərir ki, bu iki qonşu dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri həmişə mövcud olmuşdur. Bu müddəa avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuata bəyanatlarla çıxışlarında bir daha təsdiqini tapmışdır. Ölkəmizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında münasibətlərdə „2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.“
Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan icması İdarə heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz qeyd etmişdir ki, „həm Rusiya, həm də Azərbaycan hökuməti münasibətlərin hazırkı səviyyəsini strateji tərəfdaşlıq kimi qiymətləndirir. Azərbaycan bu münasibətləri xoşniyyətlilik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dərinləşdirməyin tərəfdarıdır. Rusiya və Azərbaycan əlaqələrində vacib məqam, əlbəttə ki, iqtisadi münasibətlərdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, „keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.“
2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərinin ardından ölkəmiz, regional güc mərkəzi kimi, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, eyni zamanda, əməkdaşlıqların mahiyyəti və xarakteri dəyişir, keyfiyyət etibarı ilə yenilənir.
Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. İki ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilir. Turizm sektorunda iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın turizm marşrutları Rusiyada getdikcə daha çox populyarlıq qazanır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaratmaq imkanına malikdir.
Mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Cənab Prezident İlham Əliyevin mətbuata Bəyanatında qeyd edildiyi kimi, „Azərbaycanın ərazisində „Şimal-Cənub“ dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox — 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.»
Əziz Ələkbərli bildirmişdir ki, «iki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Dövlət başçılarının bəyanatlarında xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filiallarının fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb və sayılmaqdadır.»
Müsahibimiz sonda xüsusi vurğulamışdır ki, «siyasət reallıq tələb edir. Reallıq isə budur ki, Rusiya Federasiyası ilə bu müstəvidə əlaqələrin qurulması, inkişaf etdirilməsi indiki geosiyasi şəraitdə regionda təhlükəsizliyin qorunması baxımından Azərbaycanın maraqlarına tam cavab verir.»
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024
23:23 COP29-un nailiyyətləri