Əziz Ələkbərli: “ Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasına imkan verir”
Tarix: 10-08-2024 | Saat: 07:21
Bölmə:Siyasət / Özəl / Manşet / Seçilənlər-9 | çapa göndər
“Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatında yaxından iştirak edirlər.”
Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz qeyd etmişdir ki, “cənab Prezident İlham Əliyev avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edərkən bildirib ki, “Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.”
Son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad edildikdən sonra bu ərazilərin bərpasında qardaş türk dövlətləri öz köməyini əsirgəməyibdir. Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binası möhkəm dostluğun və qardaşlığın təzahürüdür.”
Əziz Ələkbərli bildirib ki, “Ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi göstərdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-komunikasiya sahəsində əməkdaşlıq da yüksək səviyyədədir. Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.”
Əziz Ələkbərli müsahibəsinin sonunda bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrlərdəki xarici səfərlərinin nəticələri gösrtərir ki, ölkə başçısı Azərbaycanın bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin, iqtisadi və ticari əlaqələrin inkişafı kimi məsələlərə üstünlük verməklə yanaşı, regionda sülhün bərqərar olması üçün çalışır. İndiki geopolitik situasiyada gərgin iş tələb edən bu məsələ daim cənab Prezidentin gündəliyində əsas yer tutur. Bu da ölkəmizin həm regionda, həm də dünyada nüfuzunun artmasına, geopolitik siyasətdə söz sahibi olmasına səbəb olur.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024
23:23 COP29-un nailiyyətləri