Əziz Ələkbərli: “Azərbaycanla Pakistanın münasibətləri səmimi strateji əməkdaşlığa əsaslandığından əsrlərlə davam edəcəkdir”
Tarix: 12-07-2024 | Saat: 08:02
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
Dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlət Pakistan İslam Respublikasıdır. Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.
Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb Pakistana göndərməsi ilə pandemiyanın qarşısının alınmasını Pakistan xalqı bu gün də unutmur. 44 günlük Vətən müharibəsinin ilk günündə - 2020-ci ilin 27 sentyabrında Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. İstər 44 günlük vətən müharibəsi dövründə, istərsə də sonrakı dönəmdə qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Faktlardan göründüyü kimi, Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır.”
Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz qeyd edib ki, “Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan-Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib. Qarşılıqlı əlaqələrin inkişafında son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xəttilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilib, zəlzələdən zərər çəkmiş məktəblər təmir edilib, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib. Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.”
Əziz Ələkbərli bildirib ki, cənab Prezident İlham Əliyevin iyulun 11-də qardaş Pakistan Respublikasına səfəri də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. İki ölkə arasında əməkdaşlığa dair 15 sənədin imzalanması, investisiya layihələrinə dəstəyin ifadə olunması bir daha göstərir ki, hər iki ölkə rəhbərliyi tarixi ənənəyə malik qardaşlıq münasibətlərinin bundan sonra da davam və inkişaf etdirilməsində qərarlıdır. Bu qardaş ölkə ilə istər iqtisadi-ticari, istər hərbi, istərsə də həyatın digər sahələrini əhatə edən müqavilələr bağlanmışdır. Əbəs yerə deyildir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu münasibətləri “unikal əlaqələr” adlandırıb. Cənab Preizdent İlham Əliyevin “Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik” - fikri isə bir daha göstərmişdir ki, bu iki qardaş xalqın dostluğu, əməkdaşlığı ilk növbədə səmimi strateji əməkdaşlığa əsaslandığından əsrlərlə davam edəcəkdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024