Mobil versiya
Əziz Ələkbərli: “Cənab İlham Əliyevin mövqeyi Qərbi Azərbaycan İcmasında ləyaqətli qayıdışa inamı bir daha gücləndirdi”
Tarix: 04-07-2024 | Saat: 16:54
Bölmə:Özəl / Siyasət / Manşet / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “Cənab İlham Əliyevin mövqeyi Qərbi Azərbaycan İcmasında ləyaqətli qayıdışa inamı bir daha gücləndirdi”

“Azərbaycan-Ermənistan münasibətlərinə Qərbin baxışı daim ikili standartlara əsaslanıb. 35 ildir ki, bu siyasəti davam etdirirlər. Beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial mübarizə aparılmasına maneçilik törədir. Aparıcı beynəlxalq təşkilatlar cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etməməsinə biganə yanaşırlar. Bunun nəticəsi olaraq Ermənistan və onun kimi digər dövlətlər belə siyasətdən ruhlanaraq öz əməllərini davam etdirirlər. Ermənistanın hazırda sülh sazişini imzalamasına mane olan səbəblərdən biri də budur.
Maraqlı burasıdır ki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəndən sonra Qərbin əlində arqument qalmadı. Lakin bu, özünü çox da gözlətmədi. İndi isə ermənilərin qayıdış hüququnu bayraq edərək ermənilərdən çox ermənilik etməyə başlayıblar. Xüsusən Fransa və Kanadanın tez-tez beynəlxalq hüquq normalarından danışması diqqəti cəlb edir. Zaman-zaman Fransanın cavabının verilməsi bu ermənipərəst dövləti geri çəkilməyə məcbur edib və görünür ki hazırda bu rol Kanadaya tapşırılıb. 30 il nəinki Ermənistandan, elə Qarabağdan didərgin salınmış Azərbaycan türklərinin öz yurd-yuvasına qayuıtmaq hüququnu yadına salmayan Qərb dövlətləri birdən-birə humanizm əbasına bürünüblər və ermənilərin Qarabağa qayıtması üçün dil-boğaza qoymurlar. Bunu Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini təqdim edərkən söylədiyi fikirlər bir daha təsdiq edir.”

Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı , Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli söyləmişdir.

Əziz Ələkbərli bildirib ki, "cənab Prezident İlham Əliyev də mütəmadi olaraq Qərbin ikili planlarını, məkrli oyunlarını ifşa edir. Ermənistanın 30 illik işğal siyasətinə son qoyan Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırıb regionu əməkdaşlıq və təhlükəsizlik müstəvisinə çıxarsa da, Qərbin bəzi dairələri mövcud reallıqlarla barışa bilmirlər. Kanada səfirinin ermənilərin hüquqlarından bəhs edən çıxışına cənab Prezident İlham Əliyevin qısa və konkret “Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir” – cavabı bir daha göstərdi ki, ölkəmizin başçısı öz siyasətində qətiyyətli mövqeyini davam etdirir və xalqımızın bu hüququnun təmin edilməsi üçün bütün vasitələrdən və imkanlardan istifadə edir.
Müsahibimiz qeyd edib ki. “Azərbaycan nəinki ermənilərin, bütün Azərbaycan vətəndaşlarının milliyyətindən asılı olmayaraq vətəndaşlıq hüquqlarına daim hörmətlə yanaşıb və yanaşır. Bunu eyni zamanda Ermənistandan da tələb etmək bizim qanuni haqqımızdır. Beynəlxalq hüquq ermənilərə qayıdış hüququ tanıyırsa, eyni hüququ Ermənistandan zorla qovulmuş azərbaycanlılara da tanıyır. Amma təəssüf ki, belə hüquq Kanada və digər Qərb ölkələrinin “yadına düşmür.”
Əziz Ələkbərli sonda qeyd edib ki, "Cənab Prezidentin bu mövqeyi, qətiyyəti Qərbi Azərbaycan İcmasında rəğbətlə qarşılanmaqla bərabər, ləyaqətli qayıdışa böyük inam yaratmışdır. İcma olaraq ölkə rəhbərinin siyasətini dəstəkləyir və bir daha qeyd edirik ki, cənab İlham Əliyevin tutduğu mövqe həm ədalətə, həm də beynəlxalq hüquq normalarına söykənən mövqedir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024